ECOS ev təmizliyində, fərdi gigiyenada, tekstil və digər sənaye sahələrində təmizlik üçün istifadə olunan kimyəvi vasitələrin və ümumi təmizlik məhsullarının istehsalı və satışı ilə məşğul olan şirkətdir.

 

Əsasən idxal məhsullarının hakim olduğu bu sektorda bizim şirkətimiz 100% yerli istehsalla xarici rəqiblərin təqdim etdiyi keyfiyyəti və yüksək xidmət fəaliyyətini əksiksiz olaraq yerinə yetirir.

 

Sahib olduğumuz dinamik şirkət quruluşu arzu edilən hər cür dəstəyi təmin edir və texniki həlli çox sürətli şəkildə müştərilərimizə çatdırmağa imkan verir. Bu faktor bizi digər böyük və kobud strukturlardan ayırır.

 

2015-ci ilin əvvəlindən fəaliyyətə başlayan, yeni və müasir infrastruktura sahib olan təsislərimizdə müştərilərimizin ehtiyaclarını qarşılamağa davam edirik. Şirkət olaraq ana prinsipimiz məhsulun davamlılığı və ardıcıllığı, habelə lazım olan xidmətin və dəstəyin davamlı olmasıdır. Buna görə bizim nümayəndələrimiz və texniki mütəxəssislərimiz 7 gün 24 saat müştəri ehtiyaclarına cavab vermək üçün hazır gözləyir.

 

Şirkətimiz məhsullarımızla birlikdə istifadə edilən hər cür köməkçi texniki vəsait və modulları əvəzsiz olaraq siz müştərilərə təqdim etməkdə zaman itkisi və gərəksiz istehlakın önünə keçir. Bu, eyni zamanda istifadə rahatlığına şərait yaradır.

 

Texniki mütəxəssislərimiz, qabaqcıl xarici şirkətlərdən cəlb etdiyimiz qocaman texnoloqlarımız istənilən vaxt seminar tərzində və ya tətbiqli təqdimat üsulu ilə sizlərin xidmətində olmağa hazırdırlar. Sahib olduğu struktur xüsusiyyətləri və məhsul standartları ilə ECOS  şirkəti bu sahədə yeniliklərin və icadların yeni mərkəzi olmuşdur. Bütün bu xüsusiyyətlərimizi sizlərlə birləşdirib bir-birimizdən qarşılıqlı şəkildə faydalanmaq yeganə arzumuzdur.

2015-ci ildən bəri professional təmizlik məhsulları istehsalı mövzusunda fəaliyyət göstərən şirkətimiz “Maksimal keyfiyyət – minimal qiymət” tənasübünü bir araya gətirərək, şərtsiz müştəri məmnuniyyəti hədəfini təmin etmək iqtidarındadır. 

© Copyright 2015-2016 ecos.az. Powered by Ilkin Alibeyli